İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda 13 mindən çox əcnəbi çalışır

Qazaxıstanda 13 mindən çox əcnəbi çalışır. Musavat.com xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.

“2023-cü il martın 1-nə yerli icra hakimiyyəti orqanlarının icazələrinə əsasən Qazaxıstanda 13 403 əcnəbi vətəndaş çalışır”, - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Əmək Nazirliyinin məlumatına görə, ölkədə xarici işçi qüvvəsindən istifadə edən 1640 işəgötürən var. Eyni zamanda, bu şirkətlərdə 409 mindən çox qazaxıstanlı çalışır ki, bu da işçilərin ümumi sayının 96%-ni təşkil edir.

Əmək miqrantları Qazaxıstana Çindən (3411 nəfər), Hindistandan (1685), Türkiyədən (1523), Böyük Britaniyadan (1073), Özbəkistandan (769) gəlib.

Əcnəbilərin fəaliyyət növlərinə görə bölgüsü:

* tikinti sektorunda - 5 494 nəfər (41%);

* mədənçıxarma və karxanalar - 1455 nəfər (11%);

* peşə, elmi və texniki fəaliyyət - 995 nəfər (8%);

* emal sənayesi - 889 nəfər (7%);

* kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq - 641 nəfər (5%).

Daxili əmək bazarının qorunması məqsədilə Əmək Nazirliyi hər il xarici mütəxəssislərin cəlb edilməsi üçün kvotalar müəyyən edir və bölür. İndi kvota 22 226 nəfərdir (0,24%).

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR