İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda 1250-dən çox narkosayt bağlanıb

Qazaxıstanda yanvar ayı ərzində narkotiklərlə əlaqəli 1257 internet saytı bloklanıb, qadağan olunmuş məlumatları yayan 76 kanal və bot ləğv edilib.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb

Bildirilir ki, narkotik maddələrlə bağlı cinayətlərə qarşı mübarizə komitəsinin sədr müavini Daniyar Meirxanın sözlərinə görə, ay ərzində 274 narkotik cinayəti qeydə alınıb. Bunlardan 180-i qadağan olunmuş maddələrin satışı ilə, 64-ü internet vasitəsilə narkotik vasitələrin reklamıyla, 3 fakt narkotik maddə qaçaqmalçılığıyla, 16 fakt isə narkotik tərkibli bitkilərin qanunsuz becərilməsi ilə bağlıdır.

Ölkədə narkotik cinayətlərinə qarşı mübarizə davam etdirilir, hüquq-mühafizə orqanları qadağan olunmuş resursların müəyyən edilməsi və aradan qaldırılması üçün internet məkanında fəal monitorinqlər aparır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR