Onlayn ictimai-siyasi qəzet
Karaqanda vilayətində xilasedicilər tərəfindən Qazaxıstan və Özbəkistan vətəndaşı olan 40 nəfər təxliyə edilib.
“Report” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumata görə, 112 xidmətinə Karaqanda vilayətinin Şet rayonundan bir neçə kilometr məsafədə texniki nasazlıq səbəbindən avtobusun dayanması barədə məlumat daxil olub.
FHN əməkdaşları təxliyə əməliyyatı həyata keçirərək hamını Aksu-Ayulı kəndinə çatdırıblar. Hadisə nəticəsində xəsarət alan olmayıb.
24 Iyul 2025
23 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ