İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan Rusiyaya hərbi texnika göndərir?

Hərbi texnikaların Rusiyaya daşınması ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlər həqiqətə uyğun deyil.

Musavat.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

"Guya Qazaxıstan hərbi texnikasının Rusiyaya göndərilməsi ilə bağlı deyilənlər reallığa uyğun gəlmir.

Bu hərbi texnikanın Qazaxıstana aidiyyatı yoxdur, üçüncü ölkənin mülkiyyətidir və beynəlxalq müqavilələr çərçivəsində ölkəmizin ərazisindən keçməklə Rusiyaya planlı təmirə göndərilib", - məlumatda deyilir.

Qeyd olunub ki, 2022-ci il avqustun 27-dən Qazaxıstanda silah və hərbi texnikanın ixracına qadağa qoyulub və hələ də qüvvədədir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR