İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan "Qara qutu"nu Braziliyaya buna görə göndərib

Qazaxıstan mətbuatı yazır ki, Rusiya tərəfindən vurulan təyyarəmizlə bağlı təhqiqat aparan Qazaxıstanın hökumət komissiyası "Qara qutu"nun oxunması üçün Braziliyaya göndərilməsinə qərar verib.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz özünün feysbuk hesabında yazıb.

Osman Gündüz qeyd edir ki, Braziliya həmin təyyarəni istehsal edən ölkədir: "Araşdırmanı bu ölkədə yerləşən Aviasiya Qəzalarının Təhqiqatı üzrə Beynəlxalq Mərkəz aparacaq.

Açıqlanan məlumatlarda bu qərarın beynəlxalq konvensiyalara uyğun olduğu, Azərbaycan və Rusiya tərəfləri ilə razılaşdırıldığı qeyd edilib.

Maraqlı və düşündürücüdür Qazaxıstanın bu mövqeyi.

Axı istehsalçı şirkətin, beynəlxalq qurumların nümayəndələri elə Qazaxıstandaydılar və orada bu işi bitirə bilərdilər.
Doğurdanmı Qazaxıstan Rusiyanın təzyiqlərinə tab gətirə bilməyib?

Amma bu qərarın həm də Azərbaycan və Qazaxıstan prezidentlərinin telefon danışıqlarından sonra baş tutması diqqət cəlb edəndir.
Bəlkə də təyyarəni istehsal edən ölkənin özümə hörmət edərək obyektiv mövqe tutacağı baxımından, beynəlxalq qurumların müşahidəsi altında aparılması baxımından bu qərar daha doğrudur?

Görünən odur ki, arxa planda, Qazaxıstan, Rusiya və Azərbaycan arasında amansız diplomatik və siyasi mübarizə gedir.

Ümid edirəm Rusiya Braziliyanın qərarına təsir edə bilməyəcək".

 

E.MƏMMƏDƏLIYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR