İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin iqtisadiyyatına etimadsızlıq: Xarici yatırımlar sürətlə azalır

Bu ilin birinci yarısında Çin iqtisadiyyatına birbaşa xarici investisiyaların (BXİ) həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz azalaraq 423,23 milyard yuana (59 milyard dollar) düşüb.

Musavat.com xəbər verir ki, məlumat Çin Ticarət Nazirliyinin hesabatında əksini tapıb.

Hesabat dövründə istehsal sektoru 109,06 milyard yuan, xidmətlər sektoru 305,87 milyard yuan cəlb edib.

Eyni zamanda yanvar-iyun aylarında ASEAN ölkələrindən birbaşa investisiyalar 8,8 faiz, İsveçrədən 68,6 faiz, Yaponiyadan 59,1 faiz, Böyük Britaniyadan 37,6 faiz, Cənubi Koreyadan 2,7 faiz, Almaniyadan 6,3 faiz artıb.

Qeyd edək ki, Çin iqtisadiyyatına birbaşa xarici investisiyaların azalması ötən ildən başlayıb. Belə ki, 2024-cü ilin sonuna belə yatırımların həcmi 27,1 faiz azalaraq 826,25 milyard yuan təşkil edib. Bu, hesablamalar tarixində (2008-ci ildən bəri) ən böyük azalmadır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR