İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın ən məşhur universitetlərindən biri irqçilikdə ittiham edilir

ABŞ Təhsil Nazirliyi Dyuk Universitetinə qarşı tələbələr və işçilər arasında irqi və etnik ayrı-seçkilik barədə daxil olan şikayətlər əsasında araşdırma başladıb. Təhsil müəssisəsinə federal maliyyənin dayandırıla biləcəyi barədə xəbərdarlıq edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə nazirliyin bəyanatında bildirilir.

Təhsil naziri Linda Makmeon və səhiyyə və sosial xidmətlər naziri Robert Kennedi (kiçik) universitet rəhbərliyinə birgə məktub göndərərək qəbul prosesində, yeni işçilərin işə götürülməsində və təqaüd paylanmasında ayrı-seçkiliklə bağlı narahatlıqlarını ifadə ediblər.

Burada “müsbət ayrı-seçkilik” adlanan və bəzi hallarda azlıqda olan irq qruplarına üstünlük verilməsini nəzərdə tutan praktikalardan söhbət gedir.

Kennedi bildirib:

“Biz açıq şəkildə bildiririk ki, federal maliyyə dəstəyi ən yüksək səviyyəli tibbi təhsilin, elmin və kadr hazırlığının dəstəklənməsinə yönəlməlidir, irqi mənsubiyyətə yox”.

O, təhsil naziri ilə birlikdə universitetdən federal hökumətlə əməkdaşlıqda ayrı-seçkiliyə son qoymaq üçün xüsusi komitə yaratmağı tələb edib.

Dyuk Universiteti ABŞ-ın aparıcı təhsil müəssisələrindən biridir,  “U.S. News&World Report” milli reytinqində 6-cı yerdədir, “World University Rankings” və “QS World University Rankings” qlobal reytinqlərində isə müvafiq olaraq 21-ci və 61-ci sırada yer alır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR