İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin ŞOK planı ifşa oldu - SON DƏQİQƏ

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatına görə, Rusiya prezidenti Vladimir Putin yalnız cəbhədə ağır məğlubiyyətlə üzləşəcəyi təqdirdə Ukraynaya qarşı irəli sürdüyü hərbi planlardan geri çəkilə bilər.

Musavat.com bu barədə xarici mediaya istinadən xəbər verir.

Təhlildə vurğulanır ki, Kreml Qərblə düşmənçilik narrativini gücləndirərək cəmiyyətdə müharibəyə olan dəstəyi qorumağa çalışır. Bu məqsədlə Rusiya hakimiyyəti geniş miqyasda maliyyə resursları sərf edib. Nəticədə əhali arasında Ukraynanın "denazifikasiyası" və silahsızlaşdırılması kimi tezislərə inam artırılıb.

Analitiklər bildirirlər ki, Kreml rəhbərinin əvvəlcədən bəyan etdiyi strateji hədəflərlə uzlaşmayan hər hansı sülh sazişi onun tərəfdarları tərəfindən zəiflik əlaməti kimi qiymətləndirilə bilər. Bu səbəbdən Putin yalnız Ukrayna ordusunun real və əhəmiyyətli uğurları fonunda geri addım atmağa məcbur qala bilər.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR