Onlayn ictimai-siyasi qəzet
Ukrayna Ali Radasının Korrupsiyaya Qarşı Mübarizə Siyasəti Komitəsi prezident Volodimir Zelenskinin göndərdiyi Korrupsiyaya Qarşı Milli Milli Büro (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğunun (SAP) müstəqilliyi haqqında qanun layihəsinə səs verib.
Musavat.com xəbər verir ki, məlumatı Radanın deputatı Yaroslav Jeleznyak Telegram kanalında açıqlayıb:
"Ali Radanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi NABU və SAP-ın əvvəlki səlahiyyətlərinin bərpası haqqında qanun layihəsini yekdilliklə dəstəkləyib".
Onun sözlərinə görə, sənədə baxılarkən NABU nümayəndələri bu qanun layihəsi ilə bağlı hər hansı şərhlərinin olmadığını təsdiqləyiblər:
"Sabah, iyulun 30-da qanun layihəsi hüquq-mühafizə komitəsi tərəfindən təsdiqlənəcək və ondan sonra Ali Rada ona cümə axşamı baxa biləcək".
Qeyd edək ki, Ukrayna antikorrupsiya orqanlarının müstəqilliyini aradan qaldıran qanun layihəsinə görə Avropa İttifaqı Kiyevə sərt xəbərdarlıq edib. Avropa Komissiyası ölkəyə nəzərdə tutulan bütün yardımların dayandırılacağını açıqlayıb.
Musavat.com
30 Iyul 2025
29 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ