Onlayn ictimai-siyasi qəzet
Ermənistanın sabiq xarici işlər naziri Ara Ayvazyan Zəngəzur dəhlizi layihəsinə qarşı çıxıb.
Musavat.com xəbər verir ki, İranın “Sahar” telekanalına danışan Ayvazyan deyib ki, bu layihə təkcə nəqliyyat marşrutu deyil, bölgədə geosiyasi balansı dəyişdirməyə yönəlib.
“Bu kiçik regionda müxtəlif ölkələrin maraqları toqquşur. Hər kəsə aydındır ki, Zəngəzur dəhlizinin yaradılması ideyasının arxasında daha geniş miqyaslı planlar dayanır. Əgər bu layihə həyata keçsə və Azərbaycanla Türkiyənin sonrakı planları davam etsə, Ermənistan üçün fəlakətli nəticələr olacaq”, – deyə o bildirib.
Ayvazyan iddia edib ki, erməni xalqı İran-Ermənistan sərhədi boyunca nəzərdə tutulan bu dəhlizə qarşıdır və onun reallaşması bölgədə yeni gərginliklər yaradacaq.
Musavat.com
30 Iyul 2025
29 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ