Onlayn ictimai-siyasi qəzet
Belçika parlamentinin üzvü Daria Safai İranın onu oğurlamağa cəhd etdiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, deputatın sözlərinə görə, bu cəhd onun təşəbbüsü ilə SEPAH-ın (İran İslam İnqilabı Keşikçiləri Korpusu) Avropada terrorçu təşkilatlar siyahısına salınması barədə qətnamənin Belçika parlamenti tərəfindən qəbul edilməsindən sonra baş verib.
“İndi İslam Respublikası bir Avropa ölkəsinin deputatını oğurlamaq, işgəncə vermək və edam etmək və ya ondan “girov diplomatiyası”nda alver vasitəsi kimi istifadə etmək niyyətindədir”, – deyə Safai bildirib.
Məlumata görə, Belçika polisi və təhlükəsizlik orqanları deputatı İranın onu Türkiyə üzərindən Tehrana aparmaq planı barədə xəbərdar edib. Ona bu istiqamətdə səyahətlərdən çəkinməsi tövsiyə olunub.
Musavat.com
31 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ