Onlayn ictimai-siyasi qəzet
“Bu gün Xəzər dənizində qeydə alınan 3 bal gücündə zəlzələ hər hansı təhlükə yaratmır. Bu cür təkanlar bölgə üçün səciyyəvi sayılır və narahatlığa əsas yoxdur”.
Bu barədə Musavat.com-a “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli məlumat verib.
Onun sözlərinə görə, bu cür zəif təkanlar region üçün normal hesab olunur:
“Zəlzələ bu gün ərzində baş verib və heç bir qorxu, narahatlıq doğurmur. Belə təkanlar Xəzər zonasında vaxtaşırı müşahidə olunur və ciddi fəsad riski daşımır. Yeraltı təkanlar seysmoloji qurğular tərəfindən qeydə alınıb və mütəxəssislər tərəfindən təhlil edilib”.
Sultan Məmmədli
Musavat.com
31 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ