İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxda erkən nikahın qarşısı alınıb, toy dayandırılıb

Qazaxda yetkin yaşına çatmayan şəxsin erkən nikaha daxil olmasının qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun Musavat.com-a verdiyi məlumata görə Qazax rayon Polis Şöbəsinə rayonun Qarapapaq kəndində yetkinlik yaşına çatmayan şəxsin ailə qurması və bununla bağlı toy mərasimi keçirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları dərhal həmin ünvana gələrək mərasimin keçirilməsini dayandırıb. Hər iki tərəfin valideynləri ilə profilaktiki söhbət aparılıb və bildirilib ki, yeniyetmə vaxtlarında qızların ailə qurması onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədə bilər.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR