İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarlı-çovğunlu havalarda bu qidaları yeyin - TƏBİİ DƏRMANDIR

Son günlərdə ölkə ərazisində güclü qar və çovğun müşahidə edilir. Belə havalarda orqanizmin immun sistemini gücləndirmək və soyuqdəymədən qorunmaq üçün düzgün qidalanmaq vacibdir.

Musavat.com xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bəzi qidalar soyuq aylarda bədəni isti saxlamaqla yanaşı, sağlamlığımızı da qorumağa kömək edir.

Soyuq havalarda hansı qidaları yeməliyik?

Musavat.com siyahını təqdim edir:

Zülalla zəngin qidalar – Ət, balıq, yumurta və paxlalılar orqanizmin enerji istehsalını artırır və uzun müddət toxluq hissi yaradır. Bu, soyuqda bədənin daha çox enerji sərf etməsinin qarşısını alır.

İsti şorbalar və bulyonlar – Toyuq və ya sümük suyu bulyonu həm isinməyə, həm də immun sistemini gücləndirməyə kömək edir. Soğan, sarımsaq kimi təbii antibiotiklərlə birlikdə daha təsirli olur.

Vitamin C mənbələri – Portağal, mandarin, kivi, itburnu çayı kimi qidalar immuniteti gücləndirir və soyuqdəymənin qarşısını alır.

Təbii yağlar və qoz-fındıq – Zeytun yağı, kərə yağı, fındıq, badam, qoz bədəni isti saxlayan sağlam yağ mənbələridir.

Bal və zəncəfil – Bal boğazı qoruyur, zəncəfil isə qan dövranını sürətləndirərək isinməyə kömək edir. Zəncəfilli çay içmək həm bədəni qızdırır, həm də xəstəliklərdən qoruyur.

Darçın və zəfəranlı içkilər – Darçınlı süd və ya zəfəranlı çay qan dövranını yaxşılaşdırır, isti saxlayır və stresə qarşı mübarizə aparır.

Bəs hansı qida və içkilərdən uzaq durmalıyıq?

- Şəkərli və qazlı içkilər;

- Çox yağlı və ağır yeməklər;

- Spirtli içkilər müvəqqəti istilik hissi yaratsa da, əslində, bədəni daha çox soyudur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR