İnsanlara hürriyət, millətlərə istiqlal!

Qardaş Türkiyədən gözlənilməz addım: ermənilərlə sərhəd açıldı, Bakı xəbərsiz qaldı

Musavat.com Minval.az saytına istinadla xəbər verir ki, Türkiyənin Ermənistanla sərhəddə yerləşən “Marqara” keçid məntəqəsi açılıb. İndilikdə bunu "humanitar dəhliz" kimi təqdim edirlər. Lakin məsələ təkcə humanitar yardımla bağlı deyil. Məlumatlara görə, bu addım uzun müddət gizli şəkildə müzakirə olunub və Azərbaycan bu proseslərdən kənarda saxlanılıb.

Minval.az-ın Telegram kanalında yayımlanan təhlilə görə, Ankara bu qərarı “Ermənistandan Suriyaya yardım göndərilməsi” bəhanəsi ilə əsaslandırsa da, əslində bu, strateji və siyasi cəhətdən tam fərqli məna daşıyır. Sərhədin açılması ilə bağlı planlar çoxdan var imiş, lakin bu proses barədə nə Azərbaycan ictimaiyyəti, nə də dövlət orqanları məlumatlandırılıb.

Ən ciddi məqam isə ondan ibarətdir ki, Türkiyə rəsmi şəkildə dəfələrlə bəyan etmişdi: Ermənistanla münasibətlərin normallaşması yalnız Bakı ilə koordinasiyalı şəkildə aparılacaq. Üstəlik, Türkiyə Zəngəzur dəhlizi açılmadan Ermənistanla sərhədin açılmayacağını vəd etmişdi. İndi isə bu vədlərin heç biri yerinə yetirilməyib.

Türkiyə ilə Ermənistan arasında razılaşma əldə olundu - Editor.az

Minval.az qeyd edir ki, Türkiyə prezident İlham Əliyevin türk birliyi ilə bağlı təşəbbüslərini sözlə dəstəkləyir, lakin son addımlar bu dəstəyin praktik təzahürü ilə uzlaşmır. Bu isə həm Bakıda, həm də geniş türk dünyasında məyusluq və narahatlıq doğurur.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Mart 2025

21 Mart 2025

BÜTÜN XƏBƏRLƏR