İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdakı qondarma rejimin təlaşı: Ermənilər ərazidən qaçırlar

Musavat.com telegramın Ermənistan seqmentində yayılan məlumatlar əsasındə bildirir ki, separatçı rejimin “məmurları” və onların ailə üzvləri Qarabağdan qaçırlar.

Ermənistanın telegram kanallarında qeyd olunur ki, hazırda ermənilərlə azərbaycanlıların təmas xəttinin müxtəlif bölmələrində gərginlik artıb. Bu səbəbdən də separatçı rejimin “məmurları” Ermənistana köçürülür.

Qeyd olunur ki, separatçı rejimin “prezidenti” “Milli Təhlükəsizlik Xidmətinə” məlumatın dərhal dəqiqləşdirilməsi haqqında tapşırıq verib. Qondarma rejimin "prezidenti" bildirib ki, belə halın baş verməsi dəqiqləşərsə, həmin "məmurlar" ictimaiyyət qarşısında cəzalanacaq. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR