Onlayn ictimai-siyasi qəzet
Qarabağdakı erməni nümayəndələri ilə Bakı arasında müzakirələr yaxın vaxtlarda Avropa şəhərlərinin birində baş tutmalıdır.
Musavat.com Publika.az-a istinadən xəbər verir ki, bu iddia ilə erməni siyasətçi Arman Babacanyan çıxış edib.
Onun iddiasına görə, görüş təşəbbüsü ABŞ-dan gəlib və Vaşinqtonun vasitəçiliyi ilə müzakirələrin Bolqarıstanda aparılması istisna deyil.
Babacanyan Qarabağdakı separatçılara ABŞ-ın təklif etdiyi görüşdən imtina etməmək çağırışı edib.
Bu iddia informasiya baxımından diqqətçəkən olsa da, doğruluq payı çox azdır.
Birincisi, ilk görüşün Xocalıda keçirilməsindən sonra ermənilər Bakıya dəvət olunsa da, bundan imtina etdilər və Azərbaycan növbəti belə təklifin olmayacağını elan edib: separatçılar üçün çıxış yolu təslim olmaq və amnistiyadan yararlanmaqdır;
İkincisi, Qarabağdakı erməni əhalisinin nümayəndələri ilə (Ermənistan indiki halda separatçıları nümayəndə kimi irəli sürür) Azərbaycan sərhədlərindən kənarda hansısa görüşün keçirilməsi, yaxud istənilən təmas onları “tərəf” kimi qəbul etmək deməkdir, bu baxımdan, rəsmi Bakının Vaşinqton istəsə belə buna getməyəcəyi bəllidir;
İstisna deyil ki, bu cür təşəbbüslər irəli sürülür, yaxud təkliflər gündəmə gətirilir, lakin bu, belə bir görüşün olacağı demək deyil.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ