İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda yaşayan erməni əhalisinə müraciətin vərəqələrdə dərc edilməsinin əsl səbəbləri AÇIQLANDI

“Qarabağda yaşayan erməni əhalisinə Azərbaycan, ingilis və rus dilində ünvanlanan müraciət vərəqələr formasında dərc edilib. Bu müraciət lokal xarakterli anti-terror tədbirlərinin Xankəndindəki separatçı rejimin ləğv edilməsi hədəfini ortaya qoyur”.

Musavat.com xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib.

O qeyd edib ki, iki məqam bu kontekstdə xüsusilə əhəmiyyətlidir:

“Birincisi, müraciətin mətnidir: burada hədəfin qanunsuz dəstələri tərki-silah edilməsi və separatçılar olduğu açıq qeyd olunur, Azərbaycan əsgərinin əhalini xuntadan xilas etməyə gəldiyi bildirilir. İkincisi, müraciətin dərc olunduğu vərəqələr Xankəndinə çatdırılmasıdır: müraciəti təkcə media və sosial şəbəkələrdə dərc etməklə erməni əhalisinə çatdırmaq imkanı azdır, bu baxımdan, müraciətin praktiki olaraq çatdırılması həyata keçirilə bilər ki, vərəqə formasında dərc edilməsi də buna hesablanıb və istisna deyil ki, vərəqələr havadan şəhərə səpələnsin; dünyada anti-terror tədbirləri zamanı terrorçuların nəzarət etdiyi ərazilərdə qalan əhali ilə bu formada təmas qurmaq təcrübəsi var”.

Ekspert əlavə edib ki, proseslər separatçıların çıxılmaz vəziyyətə düşdüyünü deməyə əsas verir:

“Paşinyan Ermənistanın “müharibəyə qoşulmayacağını” bildirib və Rusiya ilə BMT Təhlükəsizlik Şurasına Bakının anti-terror tədbirlərini dayandırmaq çağırışı edib. Zaxarovanın “rəsmi İrəvanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması ilə nə edək?” replikasını Rusiyanın prosesə müdaxilə etməyəcəyi mesajı kimi qəbul edə bilər. İrəvanın ümidi BMT TŞ-də Bakıya qarşı qərarın qəbul edilməsidir, Fransa buna nail olmağa çalışır, lakin müzakirələrin keçirilməsi mümkün olsa belə, hansısa qərarın/qətnamənin qəbul edilməsi ehtimalı azdır. Erməni mənbələr separatçıların hərbi mövqeləri arasında rabitənin itdiyini, çaxnaşmanın düşdüyünü yazırlar”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR