İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda qəza keçirən Binəli Yıldırım və Şamil Ayrımın səhhəti ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Mərkəzi Klinik Xəstəxanasına yerləşdiriliblər və mütəmadi həkim nəzarəti altındadırlar.

Bu barədə Musavat.com-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Mərkəzi Klinik Xəstəxanasından Səhiyyə Nazirliyinə verilən məlumata görə vəziyyətləri qənaətbəxşdir.

Həyatları üçün hər hansı bir təhlükə yoxdur, yaxın saatlarda onların evə yazılacağı gözlənilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR