İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda növbəti atəşkəs pozuntusu xəbəri-Rusiya MN

Rusiya hərbi kontingenti Qarabağda üç atəşkəs pozuntusu qeydə aldığını bildirib.

Musavat.com-un məlumatına görə, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumat bülletenində məlumat verilib. “Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir. Otuz müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyətə nəzarət edir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.

Mardakert və Şuşa rayonlarında atəşkəs rejiminin üç dəfə pozulması faktı qeydə alınıb. Ölən və yaralananlar olmayıb. Bu faktlar üzrə Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistan tərəfləri ilə birgə araşdırma aparır”-açıqlamada deyilir. Dünənki məlumatda olduğu kimi, bu dəfə də Rusiya atəş açan tərəfi konkretləşdirməyib və bununla növbəti dəfə erməni terrorçu dəstələrinin cinayətlərini pərdələməyə çalışıb. Bundan əlavə, rəsmi Bakının xəbərdarlığına və ən yüksək səviyyədə çağırışına baxmayaraq, yenə də arxaik “Dağlıq Qarabağ” ifadəsindən, həmçinin ermənisayağı “Mardakert”, “Stepanakert” yarlığından istifadə olunub.

Rəsmi məlumatda daha sonra deyilir ki, Rusiya sülhməramlıları “Stepanakert-Qoris” (?!) yolunda maneəsiz hərəkətin bərpası ilə bağlı danışıqlar prosesini davam etdirir. “Mardakert, Martuni, Şuşa rayonlarında və Laçın dəhlizində dörd marşrut üzrə patrul xidməti həyata keçirilib. Rusiya sülhməramlılarının humanitar yük daşıyan karvanı Qoris-Stepanakert marşrutu üzrə müşayiət olunub”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR