İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda ABŞ sülhməramlıları olsaydı...

İlk yayınlanma vaxtı: 15.09.2023

Ermənistanın xəritəsini qarşınıza qoyun və üç mühüm səbəb sayın ki, bu qotur ölkə Amerikanın və Avropa Birliyinin nəyinə lazımdır?

Qarabağ və Azərbaycan-Ermənistan sərhəddindəki gərginliklə bağlı o qədər spekulyasiya və şişirtmələr var ki, adam oxuyub baş aça bilmir. Sanki bu kiçik Qafqazda-bəli, amma gərginliyə meylli regionda-o qədər mürəkkəb proseslər və oyunlar gedir ki, dünya yığışıb az qala buradan yeni düzənə girməyə hazırlaşır. Əlbəttə, elə deyil. Qafqazı dünya xəritəsində ancaq Xəzərə görə tapa bilərsiz, o qədər də şişirtməyə gərək yoxdur. Burada siyasət və böyük ölkələrin oyunları zaman-zaman olub, amma nəticə dəyişməyib. Dünyanı indi dağıdıb, yenidən yığmaq istəyirlər. Amma deyəsən, əks prosesi baş verir. Çoxqütblü dünyaya Rusiya liderlik etmək iddiasını ortaya qoyub. Şimali Koreya liderinin Putinlə görüşünün bir mesajlı da bu idi...

Qafqazda son gərginliyin səbəbi də Rusiyanın burada olmasıdır, başqa heç bir xüsusi səbəb, oyun-moyun yoxdur. ABŞ generallarının, Fransa TIR-larının, Avropa İttifaqının sərhəd gözətçilərinin Ermənistanda nə ölümü var? Ermənistanın xəritəsini qarşınıza qoyun və üç mühüm səbəb sayın ki, bu qotur ölkə Amerikanın və Avropa Birliyinin nəyinə lazımdır? Dənizə çıxışı yox, zəngin təbii sərvətləri yox, regional tranzit üçün də yararsız ölkədir, ən azı o səbəbdən ki, qonşuları ilə heç vaxt güvənli münasibətlər qura bilməyib. Sərhədlərindəki iki ölkə ilə(Azərbaycan və Türkiyə) diplomatik münasibətləri və sülh müqaviləsi yoxdur və sairə. Ermənistan dəyəri olmayan ölkədir və Qafqazda ona göz dikən varsa, demək ağılları yoxdur. Amma indi dünyanın yarısına hökmü keçən Amerikaya, Avropanı bir bayrağı altında birləşdirən Avropa İttifaqına debil də deyə bilmərik, onların da bildikləri çox şey var. Bildikləri isə budur ki, ermənilər tarixən xain millət olublar, istedadlıları bu bədnam ölkənin adını üstünlərindən atmaq üçün köç edib gediblər, indi yeddi arxa dönənləri erməni olsa da, Ermənistanla heç bir mənəvi bağları yoxdur. 

25647886_0_11_1280_731_2072x0_60_0_0_c43dc891e64f578386d405a96d2e654c.jpg (147 KB)

Ermənistanda işıq görsəydilər, elə pasportlarına ölkələrinin adlarını yazdıraydılar. İndi qayıdıram yenə o fikirə ki, dünyanın yekə oyunçularının oyunu bir armudun başındadır, daha dəqiqi “ayı”nın. Tarixin qaranlıqlığında eşələnməyə gərək yoxdur, müstəqillikdən üzübəri Cənubi və Şimali Qafqazın(Çeçenistan, İnquşretiya və sairə) mənzərəsində, müharibələrində Rusiyanın pəncəsi varsa, qarşı tərəfdə də bu oyunlara daima müdaxilə erməyə çalışan Qərb dayanıb. ABŞ səfirlərinin Azərbaycandakı fəallıqlarını göz önünə gətirin, burada hansı oyunlar qurulurdu, onları xatırlayın.

Necə fəal idilər, hər yerdən vurub çıxırdılar, hər yerə burunlarını soxurdular. Amma indi aylarla səfir də göndərmirlər. Cavabı ritorikdir, bəllidir: Azərbaycana siyasi mənada, planlaşdırdıqları kimi yerləşə bilmədilər. Qarabağ müharibəsi bir fürsət idi, amma bu üçlük(ABŞ, Rusiya və Fransa) balaca bir regionda nəticə etibarilə heç nəyi həll edə bilmədilər, vaxtı uzatdılar. Rusiyaya da bu sərfəli idi, amma onlardan ayrılandan sonra Qarabağdakı işğalın böyük ölçüdə sonlandırmasına qarşı çıxa bilmədi. İnanın ki, Qarabağda indi Fransa və ya Amerika sülhməramlıları olsaydı, biz heç vaxt Laçında post qura bilməzdik. Amerika bu bölgədə Rusiyan kimi tarixi-siyasi təsirə malik olsaydı, onlar da Qarabağ məsələsini bizim xeyrimizə həll edilməsinə imkan verməzdir. Rusiya hara bəla gətiribsə, Amerika və onun vassaları da işğal etdikləri regionlara təməlli sülh, təməlli ədalət gətirməyib. Əfqanıstanda biabırçı qaçış bunu təsdiqləyir. Liviyadakı ikihakimiyyətlilik, iraq və Suriyada hələ də davam edən gərginliklər də buna sübutdur. Kosova və Serbiyada NATO sülhməramlıları var, problemi həll etmək mümkün olubmu? 

Ermənistan Qafqazda həmişə zəif bənd olub. “Zəif bənd” oyununun fəlsəfəsini bilirsiz, zəif oyunçular birləşib güclünü oyundan kənarlaşdırır. 44 günlük müharibədən sonra Ermənistan həm də qəzəbli və qısasçı bəndə çevrilib. Ona görə indi bu dıkkılı ölkəni Rusiyaya qarşı qaldırmaq, Azərbaycanla heç bir sülh müqaviləsi imzalamamağa məcbur etmək olduqca asandır. 

Wy-3G9upumU.jpg (226 KB)

Paşinyan reallıq hissini itirib, ermənilər isə əvvəlki kimi təkəbbürlüdürlər. Ermənilərə elə gəlir ki, o qədər vacib ölkədirlər ki, onlara görə dünya ayağa qalxıb, sərhəddinə faktiki hərbiləşdirilmiş qüvvələr yerləşdirilib, ABŞ hərbi təlimlərə gəlir, Qarabağdakı üsyankar ermənilərə qahmar çıxırlar. Əlbəttə ki, ağıllı erməni ekspertləri də var ki, onlar Ermənistanın Qərbin əlində “birdəfəlik şpris” olduğunun fərqindədirlər, bunu Paşinyan hökumətinin üzünə də deyirlər. Paşinyan məhəllədə idmançı dostuna arxayın olan yeniyetmə kimi gəzir, amma bir gün o dostu çıxıb başqa yerə gedəcəyini, o zaman isə həmin kəllə atdığı, muskul göstərdiyi gənclərini onu tində tutub...döyəcəklərini yaddan çıxarır. Özü də söhbət heç Rusiyadan getmir, Paşinyan bizə hamıdan çox dil uzadıb, müharibədən sonra onun dili heç bu qədər uzanmamışdı.

Qərbin bu regionda perspektivi hələ ki, yoxdur. Bunun bir səbəbini son yazımda da xüsusi qeyd etmişdim. Amerikalılar meksikalılara nifrət edirlər, bunun bir çox tarixi səbəbləri var, torpaq iddiası və sairə. Biz istəsək belə, amerikalılarla meksikalılar arasındakı sərhəd divarını sökə bilmərik, çünki bunun dediyim kimi tarixi kökləri var. Qərb də Ermənistanla Rusiyanı ayrırmaq üçün çalışır, həm də erməniyə yazıqları gəldiyi üçün, indiki siyasəti belə tələb edir, o səbəbdən. Ermənistanı Rusiyadan ayırmaq mümkün deyil, ən azı son 10 ildə bu real görünmür. Rusiyanın əlinin altında, yoxsa Qərbin himayəsi altında olan Ermənistanın bizə sərfə olduğunu heç düşünməyin, çünki ikisi də medalın iki eyni üzü kimidir. Amma əsas odur ki, Qərbin yanında, ya Rusiyanın papağının altında olması ermənini dəyişməz. Erməni elə o xislətdə qalasıdır... 

1 (700).jpg (200 KB)

Bizə gəlincə, Azərbaycan doğru yoldadır. Özünü Rusiyanın da, Qərbin də himayəsi altında görmür, bərabər hüquqlu əməkdaşlıq təklif edir. (Türkiyə Qafqazda bir başqa söhbətin mövzudur, indilikdə bunlara toxunmayaq). Gürcüstan hakimiyyəti haqda çox tənqidlər deyilir, rusiyapərəst və sairə damğası vururlar. Şəxsi qənaətimə görə, gürcülər Qərbin dönüklüyünü gördülər və ölkələrinin qalan hissəsini qorumağa üstünlük verdilər indilikdə. Rusiyaya dost demirlər, amma düşmənçilik də etmirlər.

İndi Qafqazda qazan Ermənistanda qaynayır. Rusiyaya görə həm də. Bunun qır qazanı olduğuna şübhə edən varmı?

 

Nazim SABIROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR