İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada partlayışların səbəbi açıqlandı: MN istintaq komissiyası yaratdı

Rusiyanın Vladimir vilayətindəki partlayışların səbəbi açıqlanıb.

Musavat.com Rusiya Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, partlayış hərbi hissənin ərazisində baş vermiş yanğın nəticəsində yaranıb: "Bu il aprelin 22-də Vladimir vilayətində hərbi hissənin ərazisində baş vermiş yanğın nəticəsində anbarda saxlanılan döyüş sursatları işə düşüb. Yanğının söndürülməsi üçün hərbi hissənin və Fövqəladə Hallar Nazirliyinin müntəzəm yanğınsöndürmə briqadaları cəlb olunub".

Müdafiə naziri Andrey Belousov Vladimir vilayətində insidentin baş vermə şəraitini müəyyən etmək üçün komissiyanın yaradılmasına göstəriş verib: “Rusiya müdafiə nazirinin tapşırığına əsasən, Rusiya Federasiyası müdafiə nazirinin müavini, general-polkovnik A.M.Buliqanın rəhbərliyi ilə insidentin bütün hallarını müəyyən etmək üçün komissiya yaradılıb”.

Yanğına partlayıcı materiallarla işləyərkən təhlükəsizlik tələblərinin pozulması səbəb olduğu deyilir.

Qeyd edək ki, susrsat anbarındakı partlayışlara görə hərbi hissənin yaxınlığında yerləşən yaşayış məntəqələrinin sakinləri evakuasiya olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Aprel 2025

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR