İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ zəfərimizə “donuz piyi” qatmaq istəyənlər - Ermənistanı sülhə məcbur etməyin tək yolu...

İrəvan ikili oyunları ilə Brüsseli də bezdirib; Mişelin rəsmi nümayəndəsindən İlham Əliyevə ilginc dəstək; rusiyalı politoloq: “Minsk Qrupu daha yoxdur, əvəzində isə...”

Erməni tərəfi iki ildir var gücü ilə əlləşir, dəridən-qabıqdan çıxır ki, Vətən müharibəsindəki möhtəşəm qələbəmizə kölgə salsın. Zəfərimizin tarixi siyasi-hərbi önəmini arxa plana keçirsin. Hədəf məlum: guya heç nə baş verməyibmiş kimi, bu fonda ölkəmizə qarşı köhnə və əsassız iddialarını beynəlxalq gündəmə qaytarsın.

Kapitulyant ölkənin ən yüksək çinli rəsmilərinin - baş nazir, prezident, XİN rəhbəri və Təhlükəsizlik Şurası katibinin son açıqlamaları, həyasızcasına yenə də “status”, “Minsk Qrupu”, “Dağlıq Qarabağ münaqişəsi”, “öz müqəddəratını təyinetmə haqqı” barədə dəm vurmaları buna şəkk-şübhə saxlamadı.

*****

Prezident İlham Əliyev: Qlobal Bakı Forumu aparıcı platformalardan birinə  çevrilib (TAM NİTQ)

Beləcə, Azərbaycan Prezidenti İlham Əliyevin IV Bakı Qlobal Bakı Forumunda İrəvana ünvanlı haqlı və sərt xəbərdarlarına, çağırışlarına, verdiyi mesajlarına İrəvandan yenə də adekvat reaksiya olmadı. Əksinə. Bu azmış kimi, Ermənistanla sərhəddə hərbi təxribatlarına davam edir. Təbii ki, cavabını da artıqlaması ilə alır. Ancaq belə görünür ki, bu hələ azdır. Ermənistanı sülh masasına oturtmaq üçün əlavə və daha təsirli “cərrahi” üsullara ehtiyac olacaq.

Əfsus ki, bu yöndə praktik addımları ilk növbədə Ermənistanın şəriksiz yiyəsi Rusiya atmalı olduğu halda, Moskva ziddiyyətli situasiyanı idarə eləməklə öz işini bitmiş hesab edir. Müşahidə olunan odur ki, Rusiya artıq aldığını alıb, hərbi cəhətcə Azərbaycanda legitim şəkildə yerləşib və onun məntiqincə, mövcud durum on illərlə dəyişməz qala bilər. Bunun başqa adı mənfur erməninin əli ilə hərbi zəfərimizə şərik çıxmaq cəhdidir.

Ancaq olmayacaq. Azərbaycan daha 30 il Moskvanın “moderator” olduğu sülh oyunlarında iştirakçı olmağa, “anklavda” erməni silahlı quldur dəstələrinin daha 30 il meydan sulamasına dözüm göstərməyə hazırlaşmır. Bəzi özündənrazı rus “ekspertlərinin” arxayınca iddia elədiyin kimi, Rusiya “sülhməramlı” kontingenti də Qarabağda əbədi gəlməyib. Bakının razılığı əsasında dislokasiya olunub.

Bunu hamının, ən əvvəl Rusiya və onun regiondakı maşası Ermənistanın rəhbərliyinin öz qulağında sırğa eləməsi lazım. Artıq bölgəmizdə 20 aydır bambaşqa status-kvo hökm sürür - qardaş Türkiyənin, Şuşa Bəyannaməsinin də qayəsində durduğu status-kvo. Qısası, Azərbaycan öz halal qələbəsinə heç bir xarici məkrli güclərin “donuz piyi” qatmasına, yaxud şərik çıxmasına imkan verməyəcək!

Yaxşı ki, bunu anlayan Rusiya analitikləri də var.  

*****

“Azərbaycanda çoxları hesab edir ki, Moskva 44 günlük müharibədə qələbəni Bakının əlindən alıb”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu İrəvanda Ermənistan Elmlər Akademiyasının təşkil etdiyi konfransda rusiyalı tanınmış politoloq Sergey Markedonov ölkəmizdə Rusiya ilə bağlı haqlı narazı ovqata nəzərən söyləyib.

Маркедонов о балансировании Минска между Баку и Ереваном

Sergey Markedonov

Cənubi Qafqazda Türkiyə amilinin çəkindirici təsirini etiraf edən Markedonov deyib: “Rusiyanın 44 günlük müharibədə açıq iştirakı Türkiyə ilə, deməli, həm də NATO ilə birbaşa toqquşmaya səbəb ola bilərdi. Və bu gün Qarabağın gələcək perspektivi Suriya istiqamətindəki dinamikaya, ələlxüsus da Rusiya və Türkiyənin anlaşıb-anlaşmamasına bağlıdır”.

Politoloq erməniləri məyus edən digər bir etirafda da bulunub: “Qərb Ermənistan-Azərbaycan nizamlanması və Qarabağ məsələsinin həlli prosesi çərçivəsində Rusiya ilə əməkdaşlığı dayandırıb. Qarabağ prosesi postsovet məkanındakı digər münaqişə nöqtələrindən həmişə çox fərqli olub. Rusiya və Qərb digər problemli subyektlərdən fərqli olaraq, Qarabağla bağlı həmişə qarşılıqlı əlaqədə fəaliyyət göstərib. Lakin bu gün biz bu məntiqdə dəyişiklik görürük. ATƏT-in Minsk Qrupu həmsədrlər səviyyəsində fəaliyyətini dayandırıb. Qərb Rusiya ilə işləmək istəmir.

Xankəndidə nə qədər azərbaycanlı qeydiyyatdadır? » Gundelik-Baku.Com

Onun sözlərinə görə, bir çox istiqamətlərdə Rusiyaya “yarlıq yapışdırma” prosesi gedir. “Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi üçün yeni formatın - Brüssel formatının formalaşdığını görmək olar”, - deyə Markedonov Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderlərinin görüşlərinə eyham vuraraq bildirib”.

Rusiyalı politoloqun nöqteyi-nəzərincə, nə qədər paradoksal olsa da, Avropa İttifaqı Şurası rəhbərinin söylədikləri Moskva tərəfindən rədd edilmir. “Sadəcə, bütün bunları lap əvvəl Moskva deyib. Amma belə bir təəssürat yaranır ki, sanki Rusiya danışıqlar prosesində heç olmayıb, yoxdur. Halbuki Rusiyanın nizamlanma üçün daha böyük hazırlığı var”, - Markedonov əminliklə əlavə edib.

Ancaq təəssüflər olsun ki, Azərbaycan bu “hazırlığı” iki ildir real müstəvidə görmür. Daşlaşmış rəy belədir ki, Moskva Qarabağda situasiyanın tam normallaşmasında maraqlı deyil, ta ki, özünə qarşı ciddi təzyiq, təhdid hiss eləməyincə...

*****

Şarl Mişel kimdir? - AZƏRTAC

Bu arada Şarl Mişelin rəsmi nümayəndəsi - Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar təşkilatın Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunmasını və əməkdaşlığın əsasının qoyulmasını güclü şəkildə dəstəklədiyini bildirib. Bu haqda o, Twitter hesabındakı paylaşımında qeyd edib.

Klaar həmçinin İlham Əliyevin IX Qlobal Bakı Forumundakı çıxışından məmnun olduğunu vurğulayaraq yazıb: “Prezident İlham Əliyevin Qlobal Bakı Forumundakı çıxışından məmnun oldum. İrəvanla müsbət dinamikanın ardınca sülhün bərqərar olunmasının, əməkdaşlığın əsasının qoyulmasının və praktiki icraya keçilməsinin vaxtıdır. Avropa İttifaqı bunu güclü şəkildə dəstəkləyir”.

Azərbaycan Prezidentinin Bakı Forumunda İrəvana hansı mesajları ünvanlandığı, hansı xəbərdarlıqları dilə gətirdiyi isə artıq məlumdur. Demək ki, Avropa İttifaqı da Ermənistan rəhbərliyindən narazıdır, İrəvanın “ikili” sülh oyunlarından təngə gəlib. Belədirmi?

Bir azdan biləcəyik...  

Siyasət şöbəsi,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR