İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ məsələsində Rusiya, yoxsa ABŞ - Hansına etibar edək?

Bu gün - aprelin 6-da Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə, Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.

Musavat.com xatırladır ki, Brüssel görüşünün moderatoru Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeldir. Ş.Mişel iki ölkə liderlərinin görüşünü ötən ilin dekabrında da təşkil edib və bir sıra qərarlar qəbul edilib. Bu dəfə keçiriləcək görüşdə hansı məsələlərin razılaşdırılacağı haqda müəyyən ehtimallar səsləndirmək olar.

Bəs Brüsseldə keçirilən görüşdən xalq nə gözləyir? Qarabağda sülhün əldə olunmasında Rusiyaya, yoxsa Qərbə etibar edək? Azərbaycan üçün iki variantdan hansı daha məqbuldur?

Azərbaycanla Ermənistan rəhbərlərinin bu tip görüşləri Moskvada da keçirilib. Hansı paytaxtda keçirilən görüşsələri effektiv saymaq olar?

Mövzu ilə bağlı "TV Musavat"ın əməkdaşları paytaxt sakinləri arasında sorğu keçirib, onların fikrini öyrənməyə çalışıb.

Həmin sorğunu sizə təqdim edirik:

Nərminə Aydın,
Anar Əhməd,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR