İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ" "Braqa"nı məğlub etməklə büdcəsini bu qədər zənginləşdirdi

Ötən gecə Portuqaliyanın "Braqa" klubunu Avropa Liqasından kənarlaşdırmaq "Qarabağ"ın büdcəsini daha 1,2 milyon avro zənginləşdirib.

Ağdam təmsilçisi 1/8 final mərhələsinə vəsiqə qazanmaqla ənənəvi olaraq bu məbləği hesabına köçürəcək. Azərbaycan çempionu bu turnirin qalibi olarsa, mövsümlük qazancı 23 milyon 982 min avro təşkil edəcək.

Qeyd edək ki, “Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda doğma azarkeşləri önündə Portuqaliya klubu “Braqa”ya 2:3 hesabla uduzsa da ümumi görüşün nəticəsinə görə 6:5 hesablı qələbə ilə 1/8 finala vəsiqə qazanıb. Bu gün Bakı vaxtı ilə 15:00-da 1/8 final mərhələsinin püşkü atılacaq./BAKU.WS 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR