Onlayn ictimai-siyasi qəzet
Qara, tünd rəng üzüm ağ üzümə nisbətən daha çox antioksidantla zəngindir.
Həkim Yelena Solomatina bildirib ki, qara üzümün tərkibində olan polifenollar qocalmanın qarşısını alır, ürəyi gəncləşdirir.
“Üzüm ürək-damar, sinir sistemini qoruyur, turşu-qələvi mühitini yaxşılaşdırır, oksidləşmə prosesinin qarşısını alır.
Əlavə olaraq, üzümdə çox miqdarda kalium var ki, o da bədəndən artıq mayeni çıxarır, təzyiqi salır. Maqnezium isə bağırsaq və sinir sistemini gücləndirir.
Diabet, insulin dirənci xəstəliyi olanlar üzümü çox az yeməlidir, çünki qanda şəkəri kəskin qaldırır”, - həkim qeyd edib. (viral.az)
30 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ