İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailli nazir Suriyaya meydan oxudu: Status-kvonun dəyişməsinə imkan verməyəcəyik

İsrail Suriyanın cənub bölgələrində status-kvonu saxlamaq və onun sərhədləri boyunca təhlükəsizliyi təmin etmək niyyətindədir.

Musavat.com xəbər verir ki, bunu brifinqdə İsrail Xarici İşlər Nazirliyinin rəhbəri Gideon Saar deyib: "Bizim Suriyadakı maraqlarımız məlum, məhdud və aydındır. İlk növbədə, Suriyanın cənubunda, sərhədimizə yaxın ərazidə status-kvonu saxlamaq və bu istiqamətdə İsrailə qarşı təhdidlərin qarşısını almaq. İkincisi, İsrailin druz vətəndaşlarının güclü və davamlı əlaqəsi olan Druz icmasının zərər görməsinin qarşısını almaq."

Onun bildirib ki, Suriyada hakimiyyət dəyişikliyindən sonra da “azlıqların qətl və talan həddinə çatan təqibi” halları baş verib. Saar xatırladıb ki, kürdlər, xristianlar, ələvilər və druzlar əvvəllər Suriyada zorakılığa məruz qalıblar: “Bəzən bunu rejim edir, bəzən onu dəstəkləyən cihadçı dəstələr və çox vaxt hər ikisi birlikdə”.

Nazir həmçinin Dəməşqdə yeni hakimiyyət orqanlarının legitimliyini şübhə altına alıb və ölkədə seçkilərin keçirilmədiyini xatırladıb: "Bu, demokratik yolla seçilmiş rejim deyil. Bəzən diplomatik görüşlərdə olarkən mənimlə "hakimiyyətin keçidi"ndən danışırlar, lakin bu, müəyyən şəraitdən istifadə edərək, İdlibdən Dəməşq bölgəsinə gələrək hakimiyyəti zorla ələ keçirmiş bir rejimdir. Təbliğ etdiyi konstitusiya qeyri-demokratikdir və əhalinin böyük hissəsi tərəfindən rədd edilib".

O vurğulayıb ki, yəhudi dövləti baxımından “İsrailin Suriyada maraqlarının hər hansı pozulması cavabsız qala bilməz”: "Əminəm ki, Dəməşq rejimi özünə gəlməsə, son nəticədə qarşısına qoyduğu bütün məqsədlərdən - ilk növbədə, idarəetmənin qurulmasından və iqtisadi rifahdan uzaqlaşacaq. Ona görə də Dəməşq ağlı başına gəlsə və asayişi bərpa etsə, müdrik olardı".

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR