Onlayn ictimai-siyasi qəzet
Heyvan dişləməsinə məruz qalan hər bir şəxs, yaşından asılı olmayaraq, dərhal tibb müəssisəsinə müraciət etməli, quduzluq əleyhinə vaksin vurdurmalıdır.
Musavat.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında canlı yayımda nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova bildirib.
A.Qurbanova qeyd edib ki, quduzluq virusu insanlar üçün həyatı təhlükəsi olduğundan, zədələnmənin lokalizasiyasından asılı olaraq, antirabik vaksin ilə yanaşı quduzluq əleyhinə antirabik immunoqlobulin də vurulur.
Xəstə məlum heyvan dişləməsinə məruz qaldıqda və o heyvan 10 gün müddətində sağ qaldıqda, şərti müalicə kursu təyin edilir: “Əgər heyvan naməlumdursa və ya məlum olan halda belə 10 gün müddətində ölmüşdürsə, o zaman xəsarət alana qeyri-şərti müalicə kursu təyin edilir”.
A.Qurbanova bildirib ki, şərti müalicə zamanı xəstəyə zədələnmənin 0, 3 və 7-ci günləri antirabik vaksin vurulur: “Qeyri şərti zamanı xəstəyə zədələnmənin 0, 3, 7, 14 və 28-ci günləri antirabik vaksin vurulur. Qeyd edim ki, bu iynələrin hər biri əzələdaxilinə yeridilir”.
17 Iyul 2025
16 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ