İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan təklif: Sovet əsgərlərinin cəsədlərini Ukraynalı əsirlərlə dəyişək

Ukraynanın Lviv şəhərinin meri Andrey Sadovıy Sovet əsgərlərinin qazılmış cəsədlərinin Ukrayna Silahlı Qüvvələrinin əsirləri ilə dəyişdirilməsini təklif edib.

Musavat.com xəbər verir ki, bu barədə mer özünün "Telegram" kanalında Lvivdəki “Şan Təpəsi”ndə aparılan ekshumasiya işlərinin nəticələrinə dair paylaşım edib. Bildirilib ki, ümumilikdə 355 skelet aşkarlanıb və onların hamısı NKVD agenti Kuznetsovla birlikdə Holoskovskoe qəbiristanlığında yenidən dəfn olunacaq.

“Bütün bu qalıqları Ukrayna müdafiəçiləri ilə dəyişməyə hazırıq”, – deyə Sadovıy bəyan edib.

O, həmçinin qeyd edib ki, ərazidən tapılan metal girlyandlar, sütunlar və hasarın dəmir hissələri "Terror ərazisi" muzeyinə təqdim olunub. Həmin kompleksdəki “Əbədi atəş”in konstruksyası da muzeyə verilib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

16 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR