İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: “Suriya ilə İsrail arasında anlaşılmazlıq var, ABŞ sabitliyə dəstək verməyə hazırdır”

ABŞ Prezidenti Donald Tramp İsrailin Suriyaya qarşı həyata keçirdiyi hərbi əməliyyatlar fonunda tərəflər arasında yaranmış vəziyyəti “anlaşılmazlıq” kimi dəyərləndirib.

Musavat.com xəbər verir ki, O, ABŞ-ın hər iki tərəflə danışdığını və gərginliyin azalmasına, Suriyada sabitliyin təmin olunmasına kömək etməyə hazır olduqlarını bildirib.

Tramp administrasiyası Suriyanın yeni prezidenti Əhməd əl-Şaraa-nın rəhbərliyi altında ölkədə sabitliyin bərpa olunmasına dəstək vermək məqsədilə İsraili hərbi əməliyyatları dayandırmağa və Dəməşqlə birbaşa dialoqa başlamağa çağırıb. ABŞ-ın xüsusi nümayəndəsi Tom Barrack bununla bağlı İsrailin Baş naziri Netanyahunun müşaviri Ron Dermer ilə əlaqə saxlayaraq, bölgədə gərginliyin artmasının qarşısını almağa çalışıb.

Bununla yanaşı, Tramp Vaşinqtonun İsrailə Suriyanın yeni hökumətini tanıması üçün heç bir təzyiq göstərmədiyini vurğulayıb. O, bunun ABŞ-ın müstəqil qərarı olduğunu bildirib və əlavə edib ki, ABŞ Suriyanın inkişaf etməsini istəyir və atılan addımları doğru hesab edir.

Prezident Tramp həmçinin bəyan edib ki, ABŞ Suriyadakı vəziyyətə müdaxilə etməməlidir və bu münaqişə Amerikanın milli maraqlarına uyğun deyil. “Bu, Suriyanın öz problemidir və ABŞ bu məsələyə qarışmamalıdır,” — deyə o vurğulayıb.

Ekspertlər hesab edirlər ki, bu açıqlamalar ABŞ-ın Yaxın Şərqdəki siyasətində yeni mərhələyə keçid etdiyini və Suriyanın daxili işlərinə daha az müdaxilə etmək niyyətində olduğunu göstərir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR