İnsanlara hürriyət, millətlərə istiqlal!

Adnan Oktarın həbsxanadan çəkilmiş şəkli maraq doğurdu

Ötən il Türkiyədə 8 min ildən artıq müddətə həbs cəzası alan Adnan Oktarın həbsxanada çəkilmiş şəkli sosial şəbəkə istifadəçiləri arasında böyük əks-səda doğurub.

Oktarın şəklini onun vəkili paylaşıb.

Şəkildə onun xarici görünüşünün gözlənilənin əksinə, sanki gəncləşdiyi görülür. Onun səhhətinin də yaxşı olduğu müşahidə edilir.

Xatırladaq ki, məhkəmə Adnan Oktarı 2024-cü ilin iyulunda "cinayət törətmək məqsədilə təşkilat yaratmaq və ona rəhbərlik etmək", "cinsi istismar" və "cinsi xarakterli zorakılıq hərəkətləri" və s. maddələr üzrə təqsirli bilərək ona 8 463 il 4 ay müddətinə həbs cəzası vermişdi.//Oxu.Az 

Screenshot_4.png (221 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR