İnsanlara hürriyət, millətlərə istiqlal!

Qanunsuz fəaliyyət göstərən 42 heyvan satışı məntəqəsi ləğv edilib

"Bayrama hazırlıq məqsədilə indiyədək AQTA tərəfindən kəsim və satış məntəqələrinin, eləcə də ticarət şəbəkələrinin rəhbərlərinə Qurban bayramında heyvan kəsimi və satışı tələblərini əks etdirən təlimatlar göndərilib, prosesin qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməsi ilə bağlı rəsmi məktublar ünvanlanıb".

"APA-Economics" xəbər verir ki, bunu Qurban bayramı ilə bağlı örülən işlərə dair brifinqdə çıxış edərkən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva deyib. Onun sözlərinə görə, müəyyənləşdirilən yerlərdən kənarda, qanunsuz heyvan satışının qarşısını almaq üçün aidiyyəti qurumlar - AQTA, DİN, Səhiyyə Nazirliyi və yerli icra orqanlarının nümayəndələri tərəfindən Qurban bayramı ərəfəsində monitorinqlər həyata keçirilir.

"Hazırda AQTA əməkdaşlarından ibarət 52 monitorinq qrupu yaradılıb və həmin qruplar respublika üzrə qanunsuz qurbanlıq heyvan satışının qarşısını almaq məqsədilə mütəmadi monitorinqlər aparır",- deyə Aysel Fərziyeva qeyd edib.

O qeyd edib ki, qanunsuz fəaliyyət göstərən 42 heyvan satışı məntəqəsi aşkarlanaraq ləğv edilib:

"Həmin məntəqələrdən 32-si Bakıda, 2-si Sumqayıtda, 8-i isə Xaçmazda aşkarlanıb. Bir daha vətəndaşları, heyvan kəsimi və satışı ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə, kəsim və satışı yalnız müəyyənləşdirilmiş yerlərdə həyata keçirməyə çağırırıq".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR