İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qanuni oğru"lar arasında DAVA: 4 nəfər saxlanıldı

Ermənistanda “qanuni oğru”lar arasında dava olub.

Hadisə noyabrın 17-də paytaxt İrəvanda baş verib. Vitali Tbilisski və onu İrəvanda müşayiət edən şəxslər digər “qanuni oğru” Arsen Yerevanski eləcə də “Mercedes” markalı avtomobilin sürücüsü ilə əlbəyaxa olublar.

Ermənista Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dava zamanı tərəflər ictimai asayişi pozub, təhqir işlədərək bir-birini vurub.

Faktla bağlı “Xuliqanlıq” maddəsi ilə cinayət işi başlanıb.

Noyabrın 22-də Vitali Tbilisski və onu müşayiət edən üç nəfər saxlanılıb.

Baxış zamanı avtomobildən içərisində kristala bənzər kütlə olan çanta, 2 ədəd psixotrop həb, 2 ədəd tapança aşkar edilərək götürülüb.//Lent.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR