İnsanlara hürriyət, millətlərə istiqlal!

Qamçıbəyin qamçı siyasəti - Qırğızıstanda nazirlərə dincəlmək qadağan edilib

Qırğızıstanın baş nazirinin müavini, Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Qamçıbəy Taşiyev məmurları səhər saat 6-da işə gəlməyə çağırıb.

Musavat.com Qırğızıstan mediasına istinadla xəbər verir ki, Nazirlər Kabineti sədrinin müavini səhər saatlarında sadə vətəndaşlar üçün tıxac yaratmamaq üçün belə bir tədbirin tətbiqini zəruri sayır.

“Mən özüm saat 05.00-dan işdəyəm, nazirlər isə 08.00-09.00-da gəlirlər. Tıxac yaradırlar. Hörmətli nazirlər, siz işçilərə nümunə olmalı, saat 06.00-06.30-da iş başında olmalısınız. İşçiləriniz də sizə baxacaq və eynisini edəcəklər, işə tez gəlin”-deyə Taşiyev bildirib.

Q.Taşiyev həmçinin departament rəhbərlərini İssık-gölə belə getməməyə və başqaları dincəldiyi üçün dincəlməməyə çağırıb.

“Çox işləməliyik, istirahət etməyə vaxtımız yoxdur. Şortikdə uzanıb günəş vannası qəbul edən bir nazir olmasın. Nəzərə alın ki, tədbir görəcəyəm. Nazir olursunuzsa, məzuniyyətsiz işləyin. İstirahət etmək lazımdırsa, evdə dincəlin”, - Taşıyev deyib.

Xatırladaq ki, bir müddət əvvəl Qazaxıstan prezidenti qış mövsümünə hazırlığa cavabdeh olan məmurların məzuniyyətini təxribat kimi qiymətləndirəcəyini bildirmişdi.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR