Onlayn ictimai-siyasi qəzet
Baku TV-də Britaniya kral ailəsinin dünyaca məşhur gəlini, şahzadə Diana Frensis Spenser haqqında araşdırma materialı efirə gedib.
Frensis Roş və qraf Con Spenserin üçüncü övladı Diana 1 iyul 1961-ci ildə İngiltərədə dünyaya göz açır.
Atası oğul istədiyinə və oğlu doğulandan sonra öldüyünə görə həyat yoldaşı ilə yola getmir. Hətta Dianadan sonra doğulan qardaşı Çarlz da ailəni xilas edə bilmir. Valideynlərindən sevgi və qayğı gözləyən balaca Dianaya onların ayrılması psixoloji təsir edir, qız özünü heç nəyə qadir olmayan, hər işdə bacarıqsız biri hesab edir.
Məktəbi bitirdikdən sonra uşaq bağçasında müəllim köməkçisi işləməyə başlayır. 32 yaşlı şahzadə Çarlza gəlin axtaranda aristokratəsilli Diana yada düşür. Çarlz əvvəllər Diananın böyük bacısı Sara ilə görüşsə də, Saranın xasiyyət və davranışı kral ailəsinə uyğun olmadığı üçün ondan ayrılır.
1981-ci ilin fevralında nişanlanan Çarlz-Diana cütlüyünün həmin ilin iyul ayında təmtəraqlı toyu olur. Sevgi romanları oxuyan Diana xəyallarının şahzadəsi ilə evlənsə də, kral sarayında həyatı heç də nağıl kimi olmur.
Ətraflı süjetdə:
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ