Onlayn ictimai-siyasi qəzet
“Artıq uzun müddətdir ki, bir sıra KİV-lər saxtakarlığa başlayıblar və mən özümə qarşı sifarişli kampaniyadan qaçmayacağam”.
Musavat.com xəbər verir ki, bu barədə İrəvan merinin müavini Armen Pambuxçyan öz feysbuk səhifəsində yazıb.
“Dediklərim bu gün “Joxovurd” qəzetində dərc olunmuş məqaləyə də aiddir. Həmin qəzetin məlumatına görə, keçmiş deputatlar Akop Akopyan və Mher Sedrakyanın oğullarından qiymətli hədiyyələr almışam.
Əvvəla, demək istəyirəm ki, Akop Akopyanın oğlu Xaçatur mənim yaxın dostlarımdan biridir, onunla da ailə münasibətimiz var, amma ondan heç vaxt əmlak şəklində hədiyyə almamışam. Mher Sedrakyanın oğlu Davidə gəlincə, onunla mehriban qonşuluq münasibətləri var.
Həm də hər şeyi korrupsiya kontekstində təqdim etməyə cəhd edilir, mən bunu təbii olaraq təkzib edirəm və əlavə edirəm ki, bu, ən azı böhtandır”, - deyə mer müavini qeyd edib.
Xatırladaq ki, bu gün Ermənistanın “Joxovurd” qəzeti Pambuxçyanın parlamentin keçmiş deputatı Akop Akopyanın (ledi Akopyan) oğlundan avtomobil hədiyyə adığını, həmçinin keçmiş deputat Mher Sedrakyanın (Toxmahi Mher) oğlu ilə yaxın münasibətləri olduğunu yazıb.
Bundan başqa, Armen Pambuxçyanın 71 yaşlı atasının Armavir vilayətində şaftalı bağları salmaq üçün 40 hektar torpaq alması və bu məqsədlə böyük miqdarda subsidiya qopardığı barədə xəbər yayılıb.
Musavat.com
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ