İnsanlara hürriyət, millətlərə istiqlal!

QALMAQAL! Paşinyanın partiyası AÇIQLADI: "Qərar verilib, payıza qədər... - Nemət Pənahlı CANLI-da

Avropa Birliyi (AB) üzvlüyünə namizəd statusu məsələsində tələskənliyə yol verilməməlidir, faydası ola bilməz.

Bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Ovik Ağazaryan deyib. Siyasətçinin fikrincə, məsələ təkcə bunun nəticəsində Ermənistanın Rusiyadan zərbə alacağı ilə bağlı deyil, problem ondadır ki, kəskin dəyişiklik dövlət və onun iqtisadiyyatı üçün arzuolunmaz və gözlənilməz nəticələrə səbəb ola bilər.

Ağazaryan Baş nazir Nikol Paşinyanın komandası ilə qapalı toplantıda ərizənin ən geci payıza qədər Brüsselə verilməli olduğunu bəyan etməsi ilə bağlı məlumatı təkzib etməyib:

“Niyə payıza qədər? Bu, Baş nazirin nöqteyi-nəzəridir, görünür, mütləq məlumata malikdir. Bəs Ermənistan AB üzvlüyünə nə vaxt namizəd olacaq? Bu, ən dəhşətli sualdır, cavabım yoxdur, qarşıdakı müzakirələr zamanı buna cavab almalı olacağıq”.

Deputat bunun Qərbin tələbi olduğunu da gizlətməyib.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində siyasətçi Nemət Pənahlı ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR