İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qalatasaray"ın futbolçusuna İspaniyadan təklif - "Barselona" ilə oyuna görə

"Qalatasaray"ın futbolçusu Markao karyerasını İspaniyada davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, "Betis" 25 yaşlı brazilyalı müdafiəçi üçün hərəkətə keçib. La Liqa təmsilçisi oyunçunu Avropa Liqasının 1/8 final mərhələsində "Barselona" ilə ( 0:0 ) qarşılaşmada bəyənib. Əndəlüs klubu "sambaçı" üçün "cim-bom"a 15 milyon avro təklif edəcək.

Bu barədə İspaniya mediası məlumat yayıb.

Qeyd edək ki, Markao 2019-cu ilin yanvarında Portuqaliyanın "Çaves" klubundan "sarı-qırmızı"lılara keçib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR