İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qalatasaray" dünyaca məşhur futbolçunu transfer edir

Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

İstanbul təmsilçisi Portuqaliya "Sportinq"ində forma geyinən sağ cinah müdafiəçisi Hektor Bellerin üçün hərəkətə keçib.

Məlumata görə, "Cim-bom" rəhbərliyi 28 yaşlı ispaniyalı futbolçunu komandadan ayrılacağı gözlənilən Saşa Boeyə əvəzləyici olaraq görür. Artıq tərəflər arasında danışıqlar aparılır. "Qalatasaray" Bellerin üçün 8 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, təcrübəli futbolçu karyerası ərzində "Arsenal", "Barselona" kimi klublarda top qovub. (Offsideplus.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR