Onlayn ictimai-siyasi qəzet
İranın şərqindəki Cənubi Xorasan əyalətinin Tabas şəhərindəki kömür mədənində partlayış baş verib.
Musavat.com “Mehr” agentliyinə istinadən xəbər verir ki, baş verən hadisə nəticəsində azı 19 nəfər ölüb.
Regionun böhranla mübarizə departamentinin baş direktoru Məhəmməd Əli Axundinin sözlərinə görə, partlayışda yaralananların sayı 17 nəfərdir.
Məlumata görə, mədənin 250 m dərinliyində partlayışa səbəb tunellərdə metan qazının cəmləşməsi olub.
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ