Onlayn ictimai-siyasi qəzet
Bakıda qadını zorla maşına mindirib aparan şəxslər məsuliyyətə cəlb edilib.
Musavat.com xəbər verir ki, DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 15-də axşam saatlarında Nizami rayonu ərazisində qadının zorla "VAZ-21011" markalı maşına mindirilərək aparılması müəyyən olunub.
Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla qısa müddətdə həmin qadının şəxsiyyəti müəyyən edilib.
Onun əri və oğlu tərəfindən döyülərək xəsarət yetirildiyi məlum olub.
Keçirilmiş tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən həmin şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ