Onlayn ictimai-siyasi qəzet
İstanbulda iki qadın sürücü arasında yol üstündə yaşanan mübahisə fiziki qarşıdurmaya çevrilib.
Musavat.com xəbər verir ki, günün tıxac saatlarında baş verən hadisə ətrafdakı sürücülərin gözləri qarşısında baş verib.
Qadınların əlbəyaxa davası mobil telefonla çəkilərək sosial mediada yayılıb.
Məlumata görə, iş çıxışı saatlarında sıxlıqda hərəkət edən iki qadın sürücü yol vermək üstündə mübahisə etməyə başlayıb. Avtomobildən düşən qadınlar qarşılıqlı təhqirlərdən sonra bir-birilərinə fiziki güc tətbiq ediblər.
Qadınların saç-saça və əlbəyaxa davası küçənin ortasında baş verib. Digər sürücülər vəziyyətə müdaxilə edərək onları ayırmağa çalışıblar. Hadisə şahidlərinin sözlərinə görə, kişi sürücülərdən biri qadınları ayıraraq sakitləşdirməyə nail olub.
Sözügedən hadisənin görüntülərini təqdim edirik.
Turan Oruc
Musavat.com
06 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ