İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Serbiyanın neft emalı zavoduna sanksiya tətbiq edir

Serbiya prezidenti Aleksandr Vuçiç bildirib ki, ABŞ oktyabrın 1-dən Serbiyanın neft şirkəti NIS-ə qarşı sanksiyalar tətbiq edəcək.

Musavat.com ArbatMedia saytına istinadla xəbər verir ki, adı çəkilən şirkət ölkənin əsas neft emalı zavodunu idarə edir.

Vuçiçin sözlərinə görə, sanksiyalar şirkətin işini ciddi şəkildə çətinləşdirə bilər.

NIS ("Serbiyanın Neft Sənayesi") şirkəti Pançevoda ildə 4,8 milyon ton istehsal gücünə malik zavoda malikdir. Ölkənin yanacağa olan tələbatının əsas hissəsini bu şirkət təmin edir.

Nəzarət səhm paketi "Qazpromneft" (44,9%), "Qazprom"un bölməsi (11,3%) və Serbiya hökuməti (29,9%) arasında bölünüb. ABŞ-nin məhdudiyyətləri Xorvatiyanın Janaf neft kəməri vasitəsilə neft tədarükünü təhdid edə bilər.

Banklara NIS ilə işləmək qadağan olunduğundan, maaşların verilməsində və hər şeydə çətinliklər yaranacaq.

“Ancaq oktyabrın 1-i gözləyək, bəlkə möcüzə baş verəcək?”, - Vuçiç əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR