Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin sədri Alen Simonyan növbədənkənar seçkilərin keçirilməsinə ehtiyac görmədiyini bildirib.
Musavat.com xəbər verir ki, bu barədə o, parlamentdə jurnalistlərlə söhbətində bildirib.
“Seçkilərə cəmi 8 ay qalıb. Eşidirik ki, müxalifət növbədənkənar seçkilərdən danışır. Onlar özləri də bilirlər ki, seçilməyəcəklər və uduzacaqlar”, - deyə Simonyan jurnalistlərlə söhbətində deyib.
Onun sözlərinə görə, iqtidar partiyası “Vətəndaş sazişi” istəsə, sabah belə növbədənkənar seçkilərə gedə bilər, lakin bunun heç bir mənası yoxdur.
“Xalq bizə 5 illik mandat verib. Növbədənkənar seçkilər keçirmək xalq qarşısında ədalətsizlik olardı”, - deyə o vurğulayıb.
Simonyan əlavə edib ki, əvvəllər partiyanın 50+1 faiz səs qazanacağına əmin idisə, indi 2021-ci il seçkilərindən daha yüksək nəticə əldə olunacağına əmindir.
Onun sözlərinə görə, bu nəticəyə təsir edəcək amillərdən biri də 8 avqustda ABŞ-da imzalanmış sazişdir.
“Biz hətta marş da keçirə bilərik”, - deyə Alen Simonyan əlavə edib.
Musavat.com
26 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ