Onlayn ictimai-siyasi qəzet
Məşhur kinorejissor və teleaparıcı Tiqran Kosayan vəfat edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı Marqarita Simonyan məlumat yayıb.
Kosayan uzun illərdir Rusiya mətbuatında və televiziyasında fəaliyyət göstərir, eyni zamanda Kremlə yaxın mövqeyi ilə tanınırdı. O, Rusiya Prezidenti Vladimir Putinin ən sadiq təbliğatçılarından biri hesab olunurdu və çıxışlarında Qərbə qarşı sərt mövqeyi ilə seçilirdi.
Onun rəhbərlik etdiyi verilişlərdə Kremlin siyasi xəttini dəstəkləyən və əks fikirləri gözdən salan qara təbliğat tez-tez yer alırdı.
Musavat.com
26 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ