İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadın prokurora yüksək vəzifə verildi

Baş Prokurorluqda yeni təyinat olub.

"Report"un əldə etdiyi məlumata görə, Samirə Nəcəfzadə Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Bu təyinat ölkədə həyata keçirilən uğurlu gender bərabərliyi siyasətinin prokurorluq orqanlarında davamıdır.

Baş Prokurorluğun Mətbuat Xidməti "Report"a məlumatı təsdiqləyib.

Qeyd edək ki, S.Nəcəfzadə əvvəllər Baş Prokurorluqda Dövlət ittihamının müdafiəsi üzrə idarədə prokuror vəzifəsində çalışıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR