İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadın həmkarını intim fotolarla şantaj edən prokuror işdən QOVULDU

Rusiyanın Sebej vilayəti prokurorunun keçmiş köməkçisi hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinib.

Lent.az yerli mediaya istinadla bildirir ki, dövlət qulluqçusu olan təqsirli xanım həmkarından 700 min rubl (təxminən 13 min 790 manat) tələb edib. Bunun müqabilində o, şəxsi məlumatları paylaşmayacağına söz verib. Həmin şəxsdə təkcə intim detallarla bağlı yazışmalar deyil, həm də açıq-saçıq foto və videolar olub.

Ancaq həmkarı o qədər də utancaq olmayıb və pulu köçürməzdən əvvəl digər həmkarları ilə məsləhətləşib. Cinayətkarın hərəkətləri Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Pskov vilayəti üzrə əməkdaşları tərəfindən dayandırılıb.

Keçmiş prokuror köməkçisi cinayət məsuliyyətinə cəlb edilib və 50 min rubl cərimə ödəyəcək.

O, həmçinin prokurorluqdakı vəzifəsindən də azad edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR