Onlayn ictimai-siyasi qəzet
Özbəkistanın paytaxtı Daşkənddə kişi məhkəmənin qərarı ilə şəhərdə qadın geyimində gəzdiyinə görə 7 gün dəmir barmaqlıqlar arxasına salınıb.
Musavat.com xəbər verir ki, bu barədə "Nova24.uz" məlumat yayıb.
Qeyd olunub ki, iyulun 23-də Bektemir rayonunda hicab və tibbi maska taxan şəxs saxlanılıb.
O, patrul xidmətinin əməkdaşları tərəfindən polis şöbəsinə aparılıb.
Məhkəmənin qərarına əsasən, qanun pozucusu 3,4 milyon sum (270 ABŞ dolları) məbləğində cərimə edilib və 7 sutka inzibati həbs cəzası alıb.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ