İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putinlə görüş dərhal sonra Zelenski ilə üçtərəfli görüş ola bilər” – Tramp bir -birindən maraqlı açıqlamalar verdi

ABŞ prezidenti Donald Tramp Alyaskada keçiriləcək Putin-Tramp sammiti öncəsi Vaşinqtondakı The Kennedy Center-də çıxış edərək Ukrayna və Rusiya ilə bağlı yeni diplomatik planlarını açıqlayıb.

Tramp bildirib ki, əgər Putinlə danışıqlar uğurla nəticələnərsə, “demək olar ki, dərhal” Ukrayna prezidenti Vladimir Zelenski ilə üçtərəfli görüş baş tuta bilər. Onun sözlərinə görə, əsas məqsəd Ukraynada atəşkəsin təmin edilməsi və təhlükəsizlik zəmanətlərinin yaradılmasıdır.

ABŞ lideri qeyd edib ki, sülh razılaşması çərçivəsində “land swapping” – yəni ərazi mübadiləsi də müzakirə mövzusu ola bilər, lakin bu barədə yekun qərar yalnız Ukraynaya məxsusdur:

“Mən bu regionun adamı deyiləm və ərazi ilə bağlı son qərar verə bilmərəm.”

 Tramp vurğulayıb ki, Putinlə görüş zamanı “lazımi cavabları” almasa, növbəti görüş olmayacaq. O, Avropa liderləri və Zelenski ilə məsləhətləşmələrini “çox faydalı” adlandırıb.

ABŞ prezidenti Rusiya ilə kiberhücumlar mövzusunun da gündəmə gələ biləcəyini deyib:

“Onlar [Rusiya] hakerlikdə yaxşıdırlar. Biz də bunda yaxşıyıq.”

Tramp etiraf edib ki, ABŞ da oxşar fəaliyyətlərlə məşğuldur.

Böyük Britaniya baş naziri Kir Starmer də Alyaska sammitini “çox önəmli” adlandıraraq, üç ildən sonra dayanıqlı sülh üçün ilk real imkanın yarandığını bildirib. Onun sözlərinə görə, əgər atəşkəs razılaşması əldə olunarsa, beynəlxalq koalisiya hərbi müşahidəçiləri və təhlükəsizlik dəstək qüvvələrini yerləşdirməyə hazırdır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Avqust 2025

15 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR