İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin Xankəndiyə köçən milyarderlə bağlı şok planı - Hərbi analitik CANLI-da

Ekspertlərin fikrincə, Ermənistanın baş nazirinin qələmi Rusiya tərəfindən qırılıb. Qərbpərəst Saakaşvili də oxşar ssenari ilə rus milyarderi İvanişvili tərəfindən iqtidardan uzaqlaşdırılmışdı. Putinin şok planı budur ki, Xankəndiyə köçən milyarder Vardanyan indi Paşinyanın yerinə hazırlanır.

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyevin fkrincə, Vardanyan Ermənistanın yeni baş naziri postuna gətirilə bilər.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov da hesab edir ki, Vardanyan yaxşı başa düşür, Ermənistanın baş naziri olmaq üçün birbaşa İrəvana gəlsəydi, cəmiyyətdə reklamı az gedərdi.

Vaxtilə qərbpərəst Saakaşvili də oxşar ssenari ilə rus milyarderi İvanişvili tərəfindən hakimiyyətdən uzaqlaşdırılmışdı. Bu dəfə isə qonşu Ermənistanda Saakaşvilidən az qərbpərəst olmayan, rusofob Paşinyan gözlənilmədən xaricdən gələn milyarder Vardanyanla hakimiyyət uğrunda mübarizə aparmalı olacaq.

Bu arada, erməni mətbuatı bildirir ki, Qarabağ erməniləri tezliklə Xocalı şəhərinin və Şuşanın Malıbəyli kəndinin də boşaldılaraq Azərbaycana təhvil veriləcəyi barədə məlumatlardan şoka düşüblər. Qarabağdakı oyuncaq rejimin “rəsmiləri” buradakı gəlmələri sakitləşdirməkdən ötrü hərəkətə keçib.

“Son vaxtlar sosial şəbəkələrdə guya Əsgəran rayonunun İvanyan (separatçılar Xocalını “İvanyan” adlandırıb və onu Azərbaycanın vaxtilə ləğv etdiyi Əsgəran rayonunun “tabeliyinə veriblər ) icmasının və Stepanakertin Ajapnyak (qondarma rejim Şuşanın Malıbəyli kəndinə “Ajapnyak” adlı saxta bir ad qoyub və onu da Xankəndiyə “pərçimləyib”) məhəlləsinin “köçürülməsi” ilə bağlı Azərbaycan tərəfi ilə razılığın əldə olunduğu barədə şayiələr gəzir” - qondarma rejimin “informasiya qərargahı”nın açıqlamasında bildirilir.

Qeyd olunur ki, “bu cür şayiələr və söhbətlərin reallıqla heç bir əlaqəsi yoxdur və Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən vətəndaşlarda çaxnaşma, habelə acizlik, ümidsizlik hissi yaratmaq məqsədi ilə yayılır”.

İddia olunur ki, bu məlumatlar “ümidsizlik aşılamağa və vətənlərində yaşamaq iradəsini qırmağa” hesablanıb.
TVMusavat-ın saat 15:00-da canlı yayınında “Həftə içi”nin qonağı hərbi analitik Alp Arslan İmamqulu ilə bölgədəki hadisələri müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR